"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.
HİT.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı saytımıza təsdiqləyib.
Həmçinin, müxbirlə çəkilişdə olan operator Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.