Bakı Metropoliteni polis idarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.
Hit.Az xəbər verir ki, bu haqda oxu.az-a hüquq-mühafizə orqanından məlumat verilib.
Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov sərəncama göndərilib.