Təbriz klubları İran çempionatının ləğvini tələb edir

İDMAN
19:16 / 29.04.2020
1489

Koronavirusdan ən çox zərər çəkən ölkələrdən sayılan İranda dörd klub futbol federasiyasına liqaların ləğv edilməsi ilə bağlı müraciət edib.

Fanat.Az xəbər verir ki, Təbrizin "Traktor”, "Maşın Sazi” klubları, həmçinin "Qol Qohar” və "Nassaci” komandaları federasiyaya liqaya davam etmək istəmədiklərini bildiriblər. Onlar qalan qarşılaşmalarda meydana çıxmaqdan imtina ediblər.

Bununla belə, İran çempionatında mübarizə aparan bəzi komandaların qalan 10 qarşılaşmanı oynamaq istədiyi qeyd olunur. Federasiyanın məsələ ilə bağlı qərarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

0