Azərbaycanda problemli kreditlər yenidən artdı

İQTİSADİYYAT
18:06 / 29.04.2020
1173

01 Aprel 2020-ci il tarixidnə Azərbaycan banklarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 387 milyon manat təşkil edib. 

Hit.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, Martın əvvəli ilə müqayisədə 88 milyon manat çoxdur.

Martın əvvəlində ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 299 milyon manat təşkil etmişdi.

Aprelin 1-də cəmi 15 milyard 637 milyon manat təşkil edən cəmi kredit qoyuluşlarının 8,9%-nin ödəmə vaxtı keçib. Martın əvvəlində bu nisbət 8,3% idi.

0