Dağlıq Qarabağla bağlı daha bir qalmaqallı xəritə - Təxribat, yoxsa...

ÖLKƏ
10:11 / 22.09.2020
2855

"Azərbaycan vikimediaçıları"nın hazırladığı "Dağlıq Qarabağ münaqişəsi" adlı vikiməqalədə ermənilərə aid xəritədən istifadə edilib.

HİT.Az xəbər verir ki, xəritədə Azərbaycanın işğal olunmuş ərazilərində erməni adları qeyd olunub. Belə ki, Xankəndi - Stepanakert, Xocavənd - Martuni, Ağdərə rayonunun adı isə Mardakert olaraq yazılıb. Azərbaycan üçün önəmli bir məsələdə belə səhv təəssüf doğurur. 

Qeyd edək ki, bir müddət əvvəl isə tarix dərsliklərində yer alan xəritələrdə Qarabağın adının Arsak kimi verildiyi üzə çıxmışdı.

Sözügedən xəritəni təqdim edirik:

Çingiz Səfərli

 

0