Prezident Administrasiyasına dəvət olunan Ərtoğrula yeni vəzifə verildi

ÖLKƏ
10:50 / 22.09.2020
1897

Son dönəmlər, xüsusi ilə koronavirus pandemiyası zamanı dublyajları ilə gündəmə gələn Ərtoğrul Kamalova yeni vəzifə verilib.

HİT.Az xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında operativ qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi. Prezidentin köməkçiləri onu Prezident Adminstrasiyasına dəvət etmişdilər.

0