“Azərbaycan cəmiyyəti daha sərt mövqe tələb edir” - Bozoyan

SİYASƏT
21:21 / 22.09.2020
1201

“Azərbaycan cəmiyyəti daha sərt mövqe tələb edir və İlham Əliyevin davranışı məhz bununla əlaqədardır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin danışıqlar prosesi ilə bağlı bəyanatını şərh edərkən deyib.

Bozoyan qeyd edib ki, Ermənistan müharibəyə hazırlaşmır, müharibə Azərbaycana faydalıdır və Azərbaycan son 20 ildə danışıqlar prosesindən narazı olduğunu gizlətməyib.

“Təəssüf ki, Ermənistanda bu ritorika yaxşı başa düşülmür, siyasi elita isə daxili razborkalarla məşğuldur”, - deyə o bildirib.

 

0