İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi oldu

ÖLKƏ
16:59 / 22.09.2020
830

İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri Elbrus Hüseynov işdən çıxıb.

HİT.Az Report-a istinadən xəbər verir ki, bölməyə rəhbərlik müvəqqəti olaraq qurumun baş məsləhətçisi Sani Məmmədova həvalə olunub.

Xatırladaq ki, Aran Regional Bölməsi Yevlax şəhərində yerləşir. Bundan başqa, nazirliyin Abşeron (Sumqayıt), Dağlıq Şivan (Şamaxı), Quba-Xaçmaz (Xaçmaz), Gəncə-Qazax (Gəncə), Lənkəran (Lənkəran), Şəki-Zaqatala (Şəki) və Yuxarı Qarabağ (Füzuli) regional bölmələri var.

0