Milli Məclisin deputatları xaricdən mal sifariş etdi - Məqsəd

ÖLKƏ
16:58 / 22.09.2020
830

Milli Məclisin 5 deputatı 6 sıravi vətəndaşla birgə xaricdən mal sifariş ediblər.

Bu barədə “Report”a açıqlamasında həmin deputatlardan biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, bunu etməkdə əsas məqsəd həmin sifarişlər gələn zaman ödəmədə və almaqda hansı əngəllərin olacağını öyrənməkdir:

“Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Həmin qərarda qoyulan həddən artıq mal gətiriləndə isə 36 faiz rüsum ödəniləcək. Biz deputatlar təklif edirik ki, orada göstərilən 36 faiz 15-ə endirilsin”.

O, mal sifariş verən digər deputatların adlarını açıqlamayıb.

Maraqlıdır, deputat Rüfət Quliyev özü hansı malları sifariş edib? R.Quliyev bu suala "Sifariş etdiyim mallar barədə məlumat verə bilmərəm" - deyib.

1