Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edilib.
HİT.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli 133-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə hazırlanıb.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak ilə bağlı olan müddəalar 2020-ci il iyulun 1-dən yox, 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli, 16 avqust tarixli 360 nömrəli və 5 sentyabr tarixli 385 nömrəli qərarlarında qüvvəyə minməsi ilə bağlı dəyişikliklər edilib.