Bill Qeytsdən KRİTİK AÇIQLAMA: gələn il...

DÜNYA
22:12 / 23.09.2020
1192

“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts koronavirus pandemiyasının başa çatacağı tarixi açıqlayıb.

Publika.az xəbər verir ki, “Fox News Sunday”ə danışan Qeyts ən yaxşı ssenari olaraq pandemiyanın 2022-ci ilə qədər davam edəcəyini deyib.

Koronavirusa qarşı peyvəndin 2021-ci ilin ilk aylarında istifadəyə veriləcəyini vurğulayan Qeyts həyatın normal vəziyyətə geri qayıtması üçün ən az 1 ilə ehtiyac olduğunu ehtimal edib.

Qeyd edək ki, B.Qeyts daha əvvəl verdiyi açıqlamada dünya üzərindəki 7 milyard insanın peyvəndlənməsi üçün 14 milyard ədəd peyvəndə ehtiyac olduğunu, lakin tarixdə bəşəriyyətin belə bir təcrübəsinin olmadığını dilə gətirmişdi.

Xatırladaq ki, dünyanın ən varlı adamlarından biri olan Qeytsin koronavirusu laboratoriyasında hazırladığı və insanlara çip taxmaq üçün istifadə edəcəyi iddia olunurdu.

0