Daha 448 soydaşımız xaricdən Azərbaycana QAYTARILDI
Daha 448 Azərbaycan vətəndaşı Dağıstandan Azərbaycana gətirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Dərbənd şəhər administrasiyası açıqlama yayıb.
“Daha 448 Azərbaycan vətəndaşı xüsusi dəhliz vasitəsilə ölkələrinə göndərilib”-deyə açıqlamada deyilir.
Xatırladaq ki, Rusiya-Azərbaycan sərhəddinin Kullar kəndi yaxınlığında soydaşlarımız üçün müvəqqəti saxlanma məntəqəsi yaradılıb.