Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM

ÖLKƏ
14:37 / 23.09.2020
5870

AMEA-nın şöbə müdiri, professor Əbülhəsən Abbasov bu qurumun prezidenti Ramiz Mehdiyev haqda şok faktlar açıqlayıb.

HİT.Az Yenisabah.az-a istinadla xəbər verir ki, o, AMEA prezidentini öz şəxsi bioqrafiyasını saxtalaşdırmaqda və savadsızlıqda ittiham edib:

“Dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib. Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işini yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.

3