"Pikap" tipli maşınların texniki baxışa cəlb edilməsi normaldır - EKSPERT

SİYASƏT
19:38 / 23.09.2020
1013

Hərbi məqsədlər üçün istifadə oluna biləcək bütün nəqliyyat vasitələri, o cümlədən, bütün texniki vasitələr ordunun tələbatına ehtiyac olduğu halda yığıla bilər.

Hərbi ekspert Ramil Məmmədli "Pikap"ların müharibə məqdəsləri üçün mülkiyyətçilərdən alınması məsələsi ilə bağlı Sonxeber.az-a açıqlama verib:

"Pikap" tipli maşınlar qismən də olsa hərbi təyinatlı və universal maşınlar hesab olunur. Ona görə də əvvəlcədən onların texniki baxışa cəlb edilməsi normal qəbul olunmalıdır:
Yəni birdən-birə cəlb etmək doğru deyil. Həmin maşınlara texniki baxış keçirilir. Ondan sonra lazım gəldikdə onlar hərbi məqsədlər üçün istifadə olunur. Qeyd edim ki, "pikap" tipli maşınlar universal avtomobillərdir və çox təyinatlıdır. Yəni, onların üzərinə iri çaplı , 12-10.7 mm-dən 23 mm-ə qədər plumyotlar inteqrasiya oluna bilər. Bu baxımdan da hazırkı texniki baxış prosesini normal qəbul etmək lazımdır".


 

0