"Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbrsizliklə gözləyir” fikirləri ilə bağlı Milli Məclisin İntizam komissiyasına müraciət daxil olmayıb".
Bu barədə Unikal.org-a Milli Məclisin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov məlumat verib.
"İntizam kommisiyasına heç bir material daxil olmayıb. Kimin nə isə deməyindən xəbərim yoxdur. Deputatdır, azad adamdır. Heç nə deyə bilmərəm. Komissiyaya material daxil olsa, oxunulacaq və araşdırılacaq və ondan sonra qərar veriləcək. Hər şeyin qanun qaydası var. Mən polis deyiləm. Qüdrət Həsənquliyevin nə deməsindən, Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu məsələyə hansı fikir bildirməsindən xəbərim yoxdur."