Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə HİT.Az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Bildirilir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
91 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəsəbəsi: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.
92 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəsəbəsi: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.
202 nömrəli marşrut
İstiqamət:
Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).