Rusiya vətəndaşı Bakıda qəza törətdi - FOTO

ÖLKƏ
09:26 / 24.09.2020
683

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Təbriz Xəlilbəyli ilə Lev Tolstoy küçələrinin kəsişməsində qeydə alınıb.

Neftçala rayon sakini İsmayıl Məmmədov idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olan zaman Rusiya Federasiyasının vətəndaşı Yalevnikov Nikolay Aleksandroviçin idarə etməsində olan "Opel" markalı avtomobil ona çırpılıb.

N.Yalevnikovun APA-ya verdiyi məlumata görə, yola bələd olmadığı üçün yol hərəkət qaydası pozuntusuna səbəb olub.

1