Elinə Vurğun insan - Vurğun Əyyubun anım gününə... (VİDEO)

ÖLKƏ
11:48 / 24.09.2020
1089

Azərbaycan Yüksəliş Partiyası (AYP) müstəqilliyimizin bərpasında və dövlətimizin quruculuğunda müstəsna rolu olan ictimai-siyasi şəxsiyyətlər haqqında yaddaş filmləri hazırlayır.

HİT.Az xəbər verir ki, AYP-nin ilk filmi Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş və Azərbaycanda ali məktəblərə rüşvətsiz qəbulun tətbiqində böyük rol oynamış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərhum sədri Vurğun Əyyuba həsr edilib.

“Elinə Vurğun insan” adlanan filmin çəkilişləri başa çatıb və bu gündən ictimaiyyətə təqdim olunur.

Qeyd edək ki, Vurğun Əyyub ötən il sentyabrın 24-də vəfat edib.

 

0