Nazir azərbaycanlı Məzahirə zəng edib, yoxsa?.. - Türkiyədə qəribə hadisə

ÖLKƏ
21:12 / 20.05.2020
1718

Türkiyənin səhiyyə naziri Məzahir Aslanova zəng vurub, amma yanlışlıq üzündən Maltəpə Zümürüdevləri məhəlləsinin muxtarı Sərxan Aslanın telefonuna düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə muxtar Sərxan Aslan özü məlumat yayıb.

Muxtar deyib ki, tanımadığı nömrədən ona zəng gəlib: “Açdıqda tanış səs gəldi. Dedim, sizi tanımadım. O da cavab verdi ki, səhiyyə naziri Fəxrəddin Qocadır. Mən bir anlıq çaşdım, “Hörmətli nazir, həqiqətənmi sizsiniz” deyə soruşdum. Nazir “bəli, mənəm” cavabını verdi. Özümün muxtar olduğumu, zəngə görə xöşbəxt hislər keçirdiyimi bildirdim. Anama, atama da salamlarını çatdırdı. Bu həqiqətən məni çox xöşbəxt etdi”.

Məlumatdan göründüyü kimi nazir əslində Məzahir Aslanov adlı şəxsə zəng edirmiş, amma təsadüfən muxtar Sərxan Aslanın nömrəsinə düşüb.

Burada maraqlısı Məzahir Aslanovun kimliyidir. Ehtimal edilir ki, Məzahir Aslanov əslində azərbaycanlıdır və ola bilsin, ki, qardaş ölkədə səhiyyə sistemində çalışır.

0
Teleqraf.com