"Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?"

ÖLKƏ
16:10 / 20.05.2020
1126
“Bəzi şəxslər şayiə yayır ki, bu, virus deyil. Bu, o qədər cəfəng fikirlərdir ki, enerji sərf edib, onu izah etməyə ehtiyac duymursan. Belə ifadələr gülüncdür. Belə adamları başa salmaq üçün ifadə də tapmırsan".
 
HİT.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 
 
O bildirib ki, biz virusun mövcud olduğunu qəbul etməliyik: "Bu təhlükəli virus heç yerə getməyib, bizi yoluxdura bilər. Bəzən deyirlər, vəfat edənləri tanımırıq. Azərbaycanda ölən cəmi 35 adamdır, onun hamısını necə tanımalıyıq? Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”
0