Estetik əməliyyatın qurbanı olan məşhurlarımız - FOTOLAR

MAQAZİN
13:26 / 26.09.2020
1502

Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən müğənnilər çoxdur. Onlardan bəziləri bu əməliyyatlarla hətta yeni bir şəxsə də çevrilib. Lakin heç də hər zaman bu əməliyyatlar uğurlu nəticələnmir. 

HİT.Az Yenisabah.az-a istinadən yerli şou-biznesdə gözəlləşmək üçün bıçaq altına yatsa da, nəticəsi uğursuz olan məşhurları təqdim edir:

Əməkdar artist Lalə Məmmədova:

Ötən ay burnunu əməliyyat etdirən məşhurlar siyahısına qoşulan müğənni tənqid atəşinə tutulub. Pərəstişkarları burnunun yeni görünüşünün ona yaraşmadığını, əməliyyata ehtiyacı olmadığını bildiriblər. Müğənninin əməliyyatdan sonra üz cizgilərinin tamamilə dəyişdiyi də diqqətlərdən qaçmayıb.

Aparıcı Samirə Mustafayeva:

Beş illik fasilədən sonra ekranlara qayıdann tanınmış xəbər aparıcısı yeni görünüşü ilə hər kəsi şoka saldı. Üzündə bir neçə plastik əməliyyat keçirən aparıcı izləyicilər tərəfindən tənqid atəşinə tutuldu.

Xalq artisti Flora Kərimova:

Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçilər arasında olan F.Kərimov hələ sovetlər dönəmində bu riskli addımı atıb. O, ilk əməliyyatını Gürcüstanda etdirib. 

Xalq artisti Faiq Ağayev:

F.Ağayev də plastik əməliyyat etdirənlər sırasındadır. Sənətçi özü bunu heç vaxt etiraf etməsə də, uğursuz burun əməliyyatı ilə tez-tez müzakirə edilir. 

Şairə Nazilə Səfərli:
 

Şairə ikinci dəfə burnunu əməliyyat etdirsə də sosial şəbəkə istifadəçiləri tərəfindən hələ də tənqid edilir. 

Rəqsanə İsmayılova:

10 dəfədən çox əməliyyat masasına uzanan  müğənni bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Lakin sənətçinin son günlər sosial şəbəkə hesabında paylaşdığı fotolardan əməliyyatların o qədər də uğurlu olmadığı hiss edilib.

0