Prezidentin köməkçisi Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı brifinq keçirir.
HİT.Az-ın verdiyi xəbərə görə, H.Hacıyev bildirib ki, sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycan sərhədində toqquşma baş verməsi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır:
"Azərbaycan Silahlı Qüvvələri yalnız işğal altında olan rayonların cəbhə xəttində hərbi əməliyyatlar həyata keçirir. Burada da məqsəd Azərbaycanın işğal altında olan ərazilərini işğaldan azad etməkdir".