Turist karantində saxlanılarsa, xərci kim ödəyir?  (VİDEO)

ÖLKƏ
17:55 / 20.05.2020
982
Koronavirusla mübarizə dövründə turizmlə bağlı əsas problemlərdən biri turistlərin səfər etdikləri ölkələrdə 14 günlük karantində qalma ehtimalının mövcud olmasıdır.

Təbii ki, səfər müddətinin iki həftəsini karantində qalıb, geri qayıtdıqdan sonra vətəndə daha yarım ay təcrid vəziyyətində olmaq perspektivi istənilən şəxsi səfər ideyasından çəkindirə bilər.
Başqa bir məsələ isə həmin karantin müddətinin xərcinin kim tərəfindən çəkiləcəyidir.

“Əgər səfərə gələn insan dövlət üçün əhəmiyyətli şəxsdirsə, bunun xərcini dövlət çəkə bilər, deyilsə, şəxs özü bütün məsrəfləri ödəməlidir. Hər şey konkret vəziyyətdən asılıdır”, - bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Daha ətraflı Baku TV-nin süjetində:
0