Erməni ordusunda əsgər çatmır: Cəbhəyə polislər göndərilir

13:38 / 28.09.2020
1144

Qarabağda ermənilərin şəxsi heyət sayında kəskin çatışmazlıq yaranıb.

Bu fakt “İnfoteka 24” saytının Teleqram kanalında yayımlanan görüntülərdən sonra ortaya çıxıb. Belə ki, görüntülərdə Ermənistanın Qarabağa polis dəstələrini göndərdiyi əks olunub.

Qeyd edək ki, Ermənistan artıq iki ildir Qarabağdakı təmas xəttində polis dəstələrindən istifadə edir. Paşinyan hökuməti bu addımı şəxsi heyət çatışmazlığının qarşısını almaq üçün atır

1
Kanal24.az