Şahmatın rapid növü üzrə Avropa çempionatı davam edir.
Hit.Az xəbər verir ki, qitə çempionatının B qrupunda (reytinqi 1700-ə qədər olan şahmatçılar) mübarizə aparan şahmatçımız Sadiq Qarayev yarışın birinci mərhələsində 7,5 xal toplayaraq liderliyə yüksəlib. Bu gün şahmatçılar turnirin final mərhələsində mübarizə aparırlar.
Azərbaycanın 35 şahmatçısının qatıldığı B qrupunun birinci mərhələsində 1000-ə yaxın idmançı yarışır.