Koronavirusa yoluxan erməni əsgər özünü güllələdi

DÜNYA
18:51 / 29.04.2020
2390

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirusa yoluxan erməni əsgər intihara cəhd edib.

Enrik Zakaryan adlı hərbi qulluqçu koronovirus infeksiyasına yoluxduğu üçün tibb məntəqəsinə aparılıb, müayinə edildikdən sonra geri qaytarılıb.

Həkimlərin və komandanlığın laqeydliyindən hiddətlənən əsgər tabeliyində olan silahdan atəş açaraq özünü öldürmək istəyib. O, yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır. //Unikal.org

1