VPN yüklənməsi məlumatların təhlükəsizliyi üçün risklər yaradır - Osman Gündüz

TEXNO
12:30 / 28.09.2020
1662

"İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, bu, həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı:

"Yeri gəlmişkən, qeyd etmək istərdik ki, vacib olmadığı halda VPN yükləmək tövsiyyə olunmur. VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün, həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır".

"Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək", - deyə ekspert əlavə edib.

0
Mediapost.az