Bakı metrosu necə fəaliyyət göstərəcək?

14:53 / 28.09.2020
1487

"Bakı Metropoliteni"nin fəaliyyətində hər hansı bir dəyişiklik olmayacaq.

Hit.Az xəbər verir ki, bunu "MediaPost"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metro adi qaydada - 06.00-dan 00.00-a qədər fəaliyyət göstərəcək: "Hərbi vəziyyətlə bağlı iş qrafikində hər hansı bir dəyişiklik olarsa, bu haqda ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanına əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. 

0