Azərbaycanlı  xakerlər Ermənistanın bir sıra dövlət saytlarını çökdürdü

ÖLKƏ
18:24 / 29.09.2020
954

Eastnews.org-un verdiyi xəbərə görə, 28.09.2020 ci il tarixindən Ermənistanın bir sıra dövlət saytları azərbaycanlı xakerlər tərəfindən çökdürülərək, fəaliyyəti dayandırılıb.

Çökdürülən saytların içində Ermənistanın Elektron Dövlət sistemi, Ermənistanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və baş nazir N.Paşinyanın vebsaytı da var.

Azərbaycanlı xakerlərin verdiyi açıqlamaya görə, onlar icazə vermədikcə saytlar fəaliyyət göstərə bilməyəcək.

Qeyd edək ki, kiber əməliyyatları "Azerbaijan Cyber Army" qrupu həyata keçirib.

0