Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.
“Qafqazinfo”nun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, A.Martikyan Harop kamikadze dronu vasitəsilə dəqiq şəkildə vurulub.
A.Martikyan ölüb, ən yaxşı halda isə ölümcül vəziyyətdədir. Ermənistan rəhbərliyi bununla bağlı cəmiyyətə açıqlama verə bilmir.
Qeyd edək ki, generalın ölümü ilə bağlı ötən gün Ermənistanın sosial media səhifələrində məlumat yayılmışdı.