Polad Bülbüloğlu: “Qarabağla bağlı sülh danışıqları aparılmır”

SİYASƏT
18:12 / 29.09.2020
873

Hazırda Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı heç bir sülh prosesi və ya danışıqları yoxdur.

Bu barədə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.

“Baş nazir Paşinyan başda olmaqla Ermənistanın hazırkı rəhbərliyi danışıqlar prosesi ilə bağlı tamamilə cəfəng açıqlamalar verir ki, bu da sözün əsl mənasında onu məhv edir. Və bu gün heç bir barışıq prosesi getmir, sülh danışıqları yoxdur”, - deyə diplomat bildirib.

Polad Bülbüloğlu münaqişənin kökündə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və bu məsələ həll olunana qədər sürünən müharibənin davam edəcəyini vurğulayıb.

0