Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi

ÖLKƏ
08:45 / 21.05.2020
1664

Bakıda doğulub-böyüyən və hazırda Sankt-Peterburqda yaşayıb-işləyən Veronika Borisova TNT kanalında yayımlanan "Soldatki" realiti-şousunun 12 iştirakçısından biri olub.

Bakıdan olan rusiyalı müğənni Veronika Borisova Rusiya Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən "Soldatki" (Əsgər qızlar) layihəsinin finalına vəsiqə qazanıb.

Layihə, hərbi xidmətə girən qızlar haqqında realiti-şou serialıdır. Hər bir seriyanın fabulası ayrı-ayrılıqda götürülmüş qəhrəmanların ətrafında qurulur ki, tamaşaçı qızların necə dəyişdiyini, bir çox məhdudiyyətlərə, fiziki yüklənməyə, məşğələlərə necə reaksiya verdiklərini görsün. İştirakçılara atıcı silahlarla, qumbaraatanlarla işləmək, ZTR-ni idarə etmək və döyüş qumbaralarını atmaq üzrə təlimlər keçirilir.

Layihədə müxtəlif ölkələrdən 12 qız iştirak edib. Veronika Borisova Darya Razumovskaya (Qazaxıstan), Yelizaveta Sergeyeva, Anastasiya Zaytseva (Rusiya) ilə birlikdə finala qədər gəlib. Layihənin finalı mayın 31-də TNT telekanalında keçiriləcək. Qalib mükafat olaraq qiymətli daşlarla bəzədilmiş orden alacaq.

0
Sputnik.az