Rüstəm Usubov istefaya göndərilir? - “Məsələ artıq həll olunub...“

ÖLKƏ
09:09 / 21.05.2020
2055

Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatından sonra prokurorluq orqanlarında çoxdandır gözlənilən islahatlara start verilib.

Məlum olduğu kimi, yeni Baş prokuror artıq xeyli sayda yüksək vəzifəli şəxsi, o cümlədən “toxunulmaz” statuslu rayon prokurorlarını işindən uzaqlaşdırıb, onların yerinə yeni təyinatlar həyata keçirib. Kadr islahatları həm rayon prokurorluqlarını, həm də Baş prokurorluğun özünü əhatə edir.

K.Əliyev Zakir Qaralovun vaxtından qalan Baş prokuror köməkçilərini də vəzifələrindən uzaqlaşdırıb, onları başqa vəzifələrə keçirib. Prokurorluq orqanlarında kadr islahatları davam edir, demək olar ki, hər gün yeni təyinatlar, vəzifədən uzaqlaşdırmalarla bağlı rəsmi məlumatlar verilir. Bu prosesdə ən diqqətçəkən, maraqla gözlənilən məsələ isə 15 ildir Baş prokurorun birinci müavini postunu tutan 66 yaşlı Rüstəm Usubovun da vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağıdır.

Əksəriyyətin fikri bundan ibarətdir ki, R.Usubov istefaya göndərilmədən Baş Prokurorluqda başlayan islahat prosesini məntiqi sonluğuna çatdırmaq mümkün deyil.

Hit.Az xəbər verir ki, AzPolitika.info-ya daxil olan məlumata görə, Rüstəm Usubovun istefaya göndərilməsi məsələsi də artıq həll olunub.

Yeni Baş prokuror Rüstəm Usubovla işləmək fikrində deyil, çox böyük ehtimalla, o, yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. Hətta bəzi mənbələr bu qərarın yaxın bir-iki gündə elan olunacağını da iddia edirlər.

Rüstəm Usubovun tərcümeyi-halı

Rüstəm Sabir oğlu Usubov - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri. 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib,

1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı Şəhər Prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.

R.Usubovun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Hacı Məmmədovun işində hallanıb.

0