Eastnews.org-un verdiyi xəbərə görə, Liviya ordusu Xəlifə Haftarın tabeliyindəki qüvvələrə zərbə endirib.
Bu barədə ordu rəsmisi polkovnik-leytenant Məhəmməd Kununu açıqlama verib.
Açıqlamaya görə, Liviya ordusu hava qüvvələri Haftar qüvvələrinə qarşı Tərxunə və Sirtə bölgələrində əməliyyat keçirib.
Əməliyyatlar nəticəsində 5 hərbi texnika, 2 sursat daşıyan məhv edilib, 12 döyüşçü ölüb və ya yaralanıb.
Eastnews.org