Təhsil haqları ödənilməlidirmi? - TƏHLİL

ÖLKƏ
11:53 / 21.05.2020
1548

"Pandemiya ali məktəblər qarşısında 3 problem yaratdı..."


Cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya Ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, üçüncüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Burda bütün universitetlər və bütün tələbələrlə bağlı  universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir.

Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirdiər. Müşahidələrimiz göstərir ki, Universitet var ki, günə 900 distant dərs təşkil edə bildi. Təhsil nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü  yetərincə yüksək səviyyədə təşkil edənləri və təşkil edə bilməyənləri aşkar etməlidirlər. Sual yaranır. Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan Təhsil haqlarının 83-85  faizi əmək haqlarına sərf olunur. Bu il Dövlət sifarişli yerlər 16.000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir. Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirirlər. Bununla yanaşı Biz müəllimləri də düşünməliyik. Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər: Distant dərslər apardılar.


Təhsilin bütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalşdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük kəsimi bundan bəhrələndilər. Tələbələrin kursadan-kursa keçmələri məsələsində problem yaradılmamlıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir. Onsuz da tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsinə imkanlar verilir. Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir.  “Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir.


P.S. Nəzərə almaq lazımdır ki, elə ali məktəblər var ki, plan yerləri 70-80 faiz dolub. Bunun özü də müəllimlərin əməkhaqqının ödənilməsində ciddi problemlər yaradırdı.

Etibar Əliyev

Millət vəkili, təhsil eksperti    

 

 

 

 

0