Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskovun xanımı Tatyana Navka koronavirusdan sağalıb və artıq xəstəxananı tərk edib.
Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.
“Yaxşıyam, xəstəxanadan buraxılmışam… Testin cavabı mənfidir. Hər şey qaydasındadır”, - deyə o bildirib.
T.Navka əri Dmitri Peskovun müalicəsi ilə bağlı da şərh verib:
“Sağalmağa doğru gedir, ancaq hələlik xəstəxanadadır”.
Oxu.az