Rüstəm Usubov Baş prokurorun birinci müavini vəzifəsindən azad edilib.
Hit.Az xəbər verir ki, həmin vəzifəyə Lənkəran rayonun prokuroru, baş ədliyyə müşaviri Elçin Məmmədov təyin olunub.
Qeyd edək ki, 1954-cü il təvəllüdlü R.Usubov 12 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində çalışırdı.