Daha bir ölkə sərhədlərini açır

MAQAZİN
17:26 / 21.05.2020
2058
Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq.

Bunu ölkənin kansleri Sebastyan Kurtsa deyib.
 
O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir.

Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi.

Vyana iyunun 14-dək bir sıra ölkələrlə aviaəlaqəni dayandırıb. Avstriyaya gələn şəxslər 14 gün müddətində özünütəcrid rejiminə əməl etməlidir.
0
Unikal.org