Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.
Hit.Az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Ayaz Məmmədov vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə isə, Kamran Məmmədov təyin edilib.
Qeyd edək ki, K.Məmmədov bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsində çalışıb.