Uzun illər yol polisi sistemində işləmiş, Qusar rayon Dövlət Yol Polisi Bölməsinin rəisi olmuş polkovnik-leytenant Hacıbala Niyaz oğlu Hacıyev könüllü olaraq döyüşə yollanır.
O, döyüş başlayan gündən etibarən bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək tankçı kimi döyüşə qatılmaq istədiyini bildirib. Lakin Dövlət Xidmətindən onun 65 yaşı olduğunu nəzərə alaraq, imtina cavabı verilib.
Daha sonra yuxarı orqanlara şikayət edən Hacıbala Hacıyev Birinci Qarabağ müharibəsində cəbhədə olduğunu, təcrübəli tankçı olduğunu bildirib. O, indiki döyüşlərdə də iştirak etməyə icazə verilməsini xahiş edib.
Nəhayət, onun şikayətləri araşdırılıb və təkidli xahişləri nəzərə alınıb.
Hacıbala Hacıyev oktyabrın 1-də cəbhəyə yola düşəcək.