Azərbaycan koronavirusa qarşı bunu edən İLK ÖLKƏDİR

ÖLKƏ
12:15 / 22.05.2020
1489

REACT-C19 layihəsi çərçivəsində ölkəyə dəvət olunan 19 həkim xaricdə dövlət hesabına təhsil alıb.

Publika.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu təşəbbüs ölkə başçısının tapşırığı ilə həyata keçirilir: "Əminəm ki, ölkəmizdə aparılan bu tədbirlər bir çox dünya ölkələri üçün nümunə olacaq".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə əlavə edib ki, Azərbaycan bu layihəni tətbiq edən ilk ölkədir: "Layihənin monitorinqi, tədqiqatları ilə bağlı yazacağımız hesabatlarda bütün məqamları qeyd edəcəyik".

0