İqor Seçin yenidən “Rosneft”in icraçı direktoru seçilib.
HİT.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə qərarı “Rosneft”in Direktorlar Şurası qəbul edib.
Qeyd edək ki, İqor Seçin 2004-cü ildən “Rosneft”ə rəhbərlik edir. Seçin Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biridir. Onun Rusiya hakimiyyəti daxilində, eləcə də xüsusi xidmət orqanları arasında xüsusi nüfuzu var.
Axar.az