Mədəniyyət nazirini əvəz edən şəxs kimdir: Keçmiş icra başçısı və...

ÖLKƏ
13:19 / 22.05.2020
1940
Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. Bu gündən nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.
 
HİT.Az xəbər verir ki, Vaqif Qədir oğlu Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub.
 
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1994-2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləyib.
 
2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.
 
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
 
Vaqif Əliyev həm də fizika-riyaziyyat elmləri namizədidir.
 
Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, məşhur “91”lər müaraciətinin təşəbbüskarlarındandır.

Partiya yaranan gündən onun İdarə Heyətinin üzvüdür.
1