İran hərbi qüvvələri hərəkətə keçdi 

DÜNYA
15:47 / 22.05.2020
1319
İran Suriyadakı hərbi qüvvələrini tədricən çıxarmağa başlayıb.

Bu barədə “Associated Press” agentliyi İsrail Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, İran bu addımı İsrailin hücumları, ölkə daxilində narazılıqların artması və koronavirus böhranını idarə etməkdə səriştəsizliyi ilə əlaqəli atmalı olub.

Mənbə qeyd edir ki, İran Suriyadakı bəzi mövqelərindəki hərbi qüvvələrini geri çəkib, üstəgəl, bölgədəki qüvvələrinin sayı xeyli səviyyədə azalıb.

“Bu dəyişiklik böyük ölçüdə olmasa da, onu gözardı etmək də mümkün deyil”, - nəşrə məlumat verən israilli rəsmi vurğulayıb.
0
Teleqraf.com