Azərbaycanda məhkəmə qərarı necə dəyişdirilib? - Bank fırıldağı

ÖLKƏ
17:07 / 22.05.2020
1037

Azərbaycanda məhkəmə vətəndaşın xeyrinə çıxardığı qərarı bir neçə gün sonra dəyişərək bankı haqlı çıxarıb. İndi vətəndaşda məhkəmənin hər iki qərarının əsli var. Bununla da vətəndaş süründürməçiliyə məruz qalıb.

HİT.Az Musavat.com-a istinadla xəbər verir ki, Bağırov Hüseynalı Əmir oğlu 2012-ci ildə maşın almaq üçün bank VTB (Azərbaycan) ASC-dən 33 min 663 dollar kredit götürüb. 2 il krediti vaxtı-vaxtında ödəyib. Devalvasiyadan sonra Hüseynalı Bağırovun səhhətində də problem yaranıb və ödənişlərdə fasilə yaranıb.

2015-ci ilin 21 fevral tarixinə qədər H.Bağırovun banka 9 min 749 dollar borcu qalıb.

Borcun qalan hissəsini ödəyə bilmədiyi üçün bank VTB Abşeron Rayon Məhkəməsinə müraciət edib. VTB bank borcun 13 min 591 dollar olduğunu məhkəməyə bildirib və H.Bağırovdan həmin məbləğin xeyrinə tutularaq ödənilməsini tələb edib.

Məhkəmə borcu H.Bağırova məxsus “Hundai Santafe” markalı avtomobilə yönəldərək avtomobilin hərrac yolu ilə satılması barədə qərar qəbul edib. H.Bağırov məhkəmə prosesinin gedişindən xəbəri olmayıb. Sadəcə qərar elan edilib, ona göndərilən zaman bundan xəbər tutub.

Məhkəmə-hüquq islahatlarının növbəti mərhələsi: Vahid məhkəmə ...

Bundan sonra H.Bağırov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. H.Bağırov məhkəməyə müraciətində göstərib ki, banka olan borcu 13 min 591 dollar yox, 9 min 749 manatdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadənin icraatında olan iş araşdırılıb.

H.Bağırov göstərib ki, ölkədə baş verən devalvasiyalardan sonra ölkə prezidentinin fərmanı ilə dollar kreditlərinə güzəşt edilib. Onun kredit borcu da 10 min dollardan az olduğu üçün fərmanın əhatə dairəsinə daxildir.

Lakin bank kredit borcunu 13 min dolar göstərərək H.Bağırovun güzəştin təsiri altına düşməsinə əngəl olublar.

Maraqlıdır ki, H.Bağırovun banka olan əsas borcunun 9 min 749 dollar olduğu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən də təsdiq edilib. Ekspertizanın rəyində də bu öz təsdiqini tapır.

İşin əl ilginc və sensasion hesab edilən tərəfi isə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadır.

Belə ki, hakim Gülnarə Tağızadə yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, H.Bağırovun xeyrinə qərardan çıxarıb.

14 oktyabr 2019-cu ildə çıxarılan qərardadda yazılır ki, avtomobil H.Bağırovun özünə qaytarılmalıdır və qərardan şikayət verilə bilməz.

Bu qərar elan edildikdən sonra H.Bağırov avtomobilini geri almaq istəyib. Amma məlum olub ki, məhkəmə qərardadı dəyişib.

Bir həftə sonra - 21 oktyabr 2015-ci ildə çıxarılan qərardada isə yazılır ki, H.Bağırova məxsus avtomobilə həbs qoyulmalı və bank VTB-yə verilməlidir. Ekspertlər məhkəmənin bu qərarın ciddi qanun pozuntusu olduğunu bildirirlər.

Mövzuya qayıdacağıq.

Hazırda H.Bağırov Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə şikayət edib.

0