“İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq. Çimərliyin açılması ilə bağlı da bir problem görünmür"
HİT.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, idman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir: "Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq”.