Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir:
“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”.
Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.
Məlumatda o da bildirilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onun özəlləşdirərək özünə ev edib.