Bakıda polisin təqib etdiyi şəxslə bağlı açıqlama (VİDEO)

ÖLKƏ
20:27 / 22.05.2020
1349

Bakının Nəsimi rayonu ərazisində polisdən qaçan zaman anidən yola çıxaraq, qəza şəraiti törədən şəxs saxlanılıb.

Hit.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna verilən cavabda qeyd olunub.

İdarədən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti (PPX) və 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Müvafiq görüntülər polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı oğurluq əməlində şübhəli bilinən, 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Rasim Nəcəfov saxlanılan vaxt çəkilib.

O, mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birindən telefon oğurlamaqla şübhəli bilinir. Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir”.

0