Bayram tətilində küçəyə çıxmaq qadağası olmayacaq

ÖLKƏ
20:59 / 22.05.2020
1283

“Bütün vətəndaşlarımızın Ramazan bayramını təbrik edirik. Amma hər kəs bilməlidir ki, bayram günlərində qaydalara əməl etsək, bayramdan sonra daha nikbin qərarlar verilə bilər”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu qaydalar sadədir: “Tibbi maskadan istifadə etmək və məsafəni qorumaq. Əvvəlki bayramlarda olduğu kimi bu bayram böyüklərimizə baş çəkməməliyik. Həftə sonları və bu bayram küçəyə çıxma qadağasının tətbiq olunmaması növbəti həftələrdə də bunun tətbiq olunmayacağı demək deyil. Yoluxma sayı bayramdan sonra kəskin artarsa, bu qərar qüvvəyə minə bilər”.

0
Qafqazinfo.az