Goranboyda mülki əhali atəş altında - VİDEO

SİYASƏT
07:55 / 01.10.2020
825

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini hər gün atəşə tutur, mülki insanları hədəf alır. Goranboy rayonunun Aşağı Ağcakənd kəndi təmas xəttinə yaxın yaşayış məntəqələrindəndir. Bu kəndin sakinləri gecəni də, səhəri də atəş səsləri ilə qarşılayır.

Amma bütün kəndlər Ermənistan ordusunun artilleriya atəşindən zərərsiz qurtula bilmir. Yenikənd kəndi də təmas xəttinin yaxınlığında yerləşir. İntinsiv artilleriya atəşi zamanı mərmilərdən biri bu kənddə evin üzərinə düşüb. Ev sahibi faciədən təsadüfən xilas olub.

Mülki əhalini hədəfə alan Ermənistan ordusunun daim atəşə tutduğu kəndlərdən biri Tap-Qaraqoyunludur. Bura mərminin nə vaxt düşəcəyini heç kim təxmin edə bilmir. Elə bizim kimi.

Tap-Qaraqoyunlu Ermənistan siahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində son təxribatı və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı başlayandan daha çox atəşə tutulur. Kənddə demək olar ki, hər gün bir neçə evə mərmi düşür. Son hadisələrdən birində ev sahibi evdə olmasa da, qonşular həmin ərazinin yaxınlığında olublar.

Mülki vətəndaşlara məxsus evlərə atəş açılması ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

4
Realtv.az